Hasret

ygafmin tarafından 4 Eylül 2012 tarihinde Yazgulu Yazılar kategorisine eklendi.

Yazıyı okuyan kişi sayısı 53 ve yorum yapan kişi sayısı Yorum Yapılmadı.

Hemen Başla

Deyirəm nə gözəl idi o günlər…Uşaqlağımı deyirəm.Heç nədən dərd çəkmədən, valideyn sevgisi ehtiyacında olduğum-bir sözlə çox-çox asan keçirdiyim günlərim.Sevginin nə olduğunu bilmirdim onda.Başım dərslərə qarışmış, sinifdə əlaçı olmaq rəqabətində idim.Günün birində dərsdən qayıdarkən, məhləyə birilərinin köçdüyünü gördüm.Çantamı yerə qoyub gücüm çatan əşyaları mənzilinə çatdırmağa çalışırdım.Əşyaları yerbəyer edən bir qız gördüm.Gözlərimi bir anlıq ondan ayıra bilmədim özümdən asılı olmayaraq.Yəni səndən.Bilmədən məni özünə bağlamışdın.Gözlərimin sənə zilləndiyini görüb özünü itirdin, yanaqların qızarmışdı.
Ev azdan-çoxdan səliqəyə düşmüşdü.Çantamı götürüb getdim.Azca yorulmuşdum, amma hiss etmirdim.Uzandım biraz.Gözlərimə yuxu getmirdi nədənsə.Qəribə bir hislə dolu idi.Deyəsən bu-mənə heç tanış olmayan-eşqdir.Aşiq olmuşdum deyəsən.Səni birinci dəfə idi görürdüm amma o gül üzün gözlərimin önündə çox aydın canlanırdı.Yenə görmək istəyirdim səni.Gözlərim gözlərinə,əlim əlinə bağlansın istəyirdim.Dediyim kimi çox qəribə hiss idi. Səhəri gün dan yeri sökülməmiş məktəbli formamı geyib, çantamı götürüb yola çıxdım.Məktəbə gedərkən görərəm deyə düşündüm.Gözlədim…Amma gəlmədin. Ayrı bir təsəlli ilə məktəbə yollandım beynimdə düşüncələr, sonsuz suallar.Fikrimi heç nədə cəmləyə bilmirdim.Dərslərimi şox axsatmışdım.Aradan günlər keçdi və hər keçən gün sənə daha da çox bağlanırdım.Qəlbim sevgi dolu idi.Sənin sevginlə.Günlərdir çöllərə düşmüşdüm. Gündüz-gecə yollarda şütüdüm.Sabah olduğunda yenə də gecənin gəlməsinə səbirsizlənirəm.Qaranlıq sirdaşıma çevrilib mənim.Səhərə qədər söhbət edir,dərdlərimi bir-bir “dərd” adından çıxarmağa çalışırdım.Qaranlıq…Necə də gözəl,necə də ülvi bir varlıqdır.Neçə aşiqin həmsöhbəti,düşünmə anı,gözləntisidir.Gecədir.Buludlar ayı, ay ulduzları,ulduzlar qaranlığı, qaranlıq isə məni izləyir.Bir sözlə hər şey izlənməkdədir.Səni izləyirəm sevgilim.Gözlərim yolunu,qəlbim səni gözləyir.Artıq neçə gündür ki,göy üzü çox gözəl mənzərə ilə bəzənib.Ulduzlar parlaq, aydın və çox yaxın görünür.Nədənsə onlara daha yaxın olmaq, daha da yaxından seyr etmək istəyindəyəm.Yerdən nisbətən hündür yer axtarıram.Evimizin üstünə çıxdım.Əlimdə “odeal” və kiçik yastığımla.Oradan ulduzların bu ecazkar gözəlliyini seyr edəcəkdim.Həmçinin mənə ən yaxın və ən gözəl görünən ulduzu-səni.Buradan sizin həyət aydın görünür.Bayıra çıxdığında görmək ümidiylə gecəmi orada keçirir, darıxmamağa çalışırdım.Məndən xəbərsiz idin.Həyətə çox ge-gec çıxırdın.Heç görməyib elə oradaca gecələdiyim günlərim, yoxluğunda varlığına etdiyim xəyallar,gördüyüm yuxular gəlir yadııma.Hərdən həyətə çıxdığında soyuqdan əllərinin səni qucaqladığı vəziyyətdə, dərin bir xəyal ilə boynu bükük halda ulduzları seyr etdiyini,fikrin yayındığında titrək nəfəsinlə dərin bir ah çəkərək evə necə süzgün- süzgün keçdiyini xatırlayıram.O an düşüncələr məni boğur, suallarının ardı-arası kəsilmirdi.Başqa bir təsəlli var idi içimdə.Amma bu, ucsuz-bucaqsız qaranlıq bir otağın uzaq küncündən açılmış kiçik bir dəlikdən sızan işığın o otağı aydınlatmaq istəyinə bənzəyirdi.Ehtimalı çox zəif idi.Buna baxmayaraq susqunluğuna hələ də davam edən sevgimlə yaşayırdım.
Öz-özümə, sən yoldan keçərkən yaxınlaşıb hislərimi səmimi olaraq söyləyəcəyimə söz verir, deyəcəyim sözləri əzbərləyirdim.Gəlki, səninlə üz-üzə gəldikdə özümü heç olmayan dərəcədə itirirdim.Sözlərim yaddan çıxır, dilim tutulur, “eybi yox, bir də gördüyümdə deyərəm” deyə düşünürdüm. Artıq səninlə bir neçə dəfə rastlaşmışdıq,amma sözüm hələ də ürəyimdə idi.Cəsarət edə bilmirdim nədənsə.
Yadındadırsa bir gün nə isə almaqdan gəlirdin və rastlaşmışdıq.Cəsarətimi bacardığım qədər topladım və fiikrimi bildirməyə çalışdım.Az qulaq asıb:sevdiyinin olduğunu və onun da səni sevdiyini döylədin.Qəlbim daxildə yaratdığı aramlı səsləri dayandırdı o an.Həyat gözümdə səhəri açılmayacaq qaranlığa çevrildi.Qəlbimdə öz istisi ilə alışan alovun üzərinə acımasızcasına su çilədin sanki.Söndü bu atəş.Közü donmuşdu, lakin tüstüsü tərk etməmişdi hələ.Bu sevginin oduna yanmaq arzusu ilə yaşayan –mən indi tüstüsünə qızınmaq məcburiyyətindəydim.Halbuki, nə ümidlərlə yaşayırdım.Puç etdin hamısını birdən-birə.Bir neçə gündən sonra özüm də bilmədiyim cəsarətlə sənə olan sevgimi bir daha söylədim.Məktub yazdım, zəng etdim…Heç birinə cavab vermirdin.Qəlbim sıxılır, yaşam həvəsim itirdi get-gedə.Məhlədə bu günümə ağlayırdım səssizcə.Gözlərim mənim deyildi sanki.Çox yorulmuşduşAləmə suyun içindən baxırdım eləbil.Dəqiq seçə bilmirdim amma biri mənə tərəf gəlirdi.Bu-gəldiyindən bəri buralarda özünə yaxın bildiyin biri idi.Səndən məktub gətiribmiş.Duyduqda sevincim yerə-göyə sığmadı.Dilim tutuldu, gözlərim yaşrdı o an.Nə deyəcəyimi bilmədim.O məktubun üzərində ümidlə birgə mənə dünyaları bəxş etmişdin sanki.Dərhal evə gedib qələm,bir də bəmbəyaz kağız götürdüm.Sakitcə evimizin üstünə çıxdım.Bir yandan Tanrıya təşəkkür edir, bir yandan da sənə məktub yazırdım.Bitirdim, amma yazdıqlarım hiss etdiklərimin yanında-dənizin bir damlası kimi dururdu.Səni dənizlər qədər sevirdim çünki.Nəhayət ki bu sevgimi anladığını düşündüm və ümidlərim artmağa başladı.Hətta kiçicik bir gülümsəməndən,ani rastlaşan baxışından belə böyük mənalar çıxarır, bu sevginin qaşılıqlı olduğunu xəyal edirdim.Düzdü, xəyal idi, amma mən bunu gerçək qəbul edir,reallaşacağına ürəkdən inanırdım.
İnan ki sənə çox vurulmuşdum.Gözlərin ki var…Onlara baxmaqdan, seyr etməkdən yorulmaz, doymaram heç vaxt.Sənin hər bir özəlliyinə vurulmuşam sevgilim.Səndən heç vaxt vaz keçə bilmərəm,biləsən!Canımsan,ayrılmaz hissəmsən mənim.Ata bilmərəm səni qəlbimdən.Alov-alov yanan ümidlərimin közərdiyi zaman “sən sevməsən də olar,mən sevərəm ikimizin yerinə” deyərəkdən bu atəşin sönməməsinə çalışırıdım.Çox tez-tez olmasa da, arabir telefonla danışır, yaxın olmağımıza baxmayaraq məktublar yazırdıq bir-birimizə.Bilmirəm bu necə olur, amma sevdiyinin olmasına baxmayaraq səni canımdan da çox sevirdim.Aranızın yaxşı olmadığını,sənin sevgini anlamadığını söyləmişdin.

…. TO BE CO NTİNUED ….

Konuya ait etiketler

Görüşlerinizi bize yazın